Abunəçilər üçün məlumat
Sənədlər və hüquqlarınız
Abunə müqaviləsi, standart şərtlər və şəxsi məlumatların emalı siyasəti vahid müqavilə təşkil edir. Aşağıda qüvvədə olan versiyalar və standart şərtlərin 18-ci maddəsində nəzərdə tutulan məlumatlar verilib.
Əvvəlki versiyalar
| Abunə müqaviləsinin nümunəsi (PDF) | 29.09.2026-dək qüvvədə olub |
|---|
Yeni şərtlər qüvvəyə mindikdən sonra köhnə nümunənin onlara zidd olan müddəaları qüvvədən düşmüşdür: cərimələr, "xidmətin saxlanması" və "məhdud xidmət" haqqı, 6 aylıq avtomatik uzadılma və s. (19.3-cü bənd).
Planlı işlər və qəzalar
Hazırda planlı iş yoxdur. Yeniləndi: 17.10.2026
Fasiləyə səbəb olan planlı işləri imkan daxilində gecə (01:00–07:00) aparırıq və 24 saat əvvəl burada və fərdi bildirişlə sizə xəbər veririk.
Kompensasiya qaydası
Sizin təqsiriniz olmadan xidmət ardıcıl 4 saatdan, hesabat dövründə cəmi 12 saatdan artıq göstərilməyibsə və ya sürət müəyyən edilmiş göstəricilərə uyğun olmayıbsa:
- həmin dövrün haqqını ödəmirsiniz (günlük tarif = aylıq haqq / 30, başlanmış hər gün tam gün sayılır);
- məbləğ müraciət etmədən, 5 iş günü ərzində avtomatik olaraq balansınızda əks olunur;
- 10 gündən artıq fasilə olduqda müqaviləni pulsuz ləğv edə bilərsiniz.
Trafikin idarə edilməsi
Bütün trafikə bərabər yanaşırıq: konkret kontenti, tətbiqi və ya xidməti bloklamırıq, yavaşlatmırıq və ona üstünlük vermirik. İstisnalar şəbəkə təhlükəsizliyinin qorunması (məs., DDoS hücumu), müvəqqəti yüklənmənin bərabər idarə edilməsi və qanunun, məhkəmənin və ya komissiyanın tələbləridir. Belə tədbirlər müvəqqəti və mütənasibdir.
Şikayət vermək
Şikayət vermək pulsuzdur və müddətlə məhdudlaşmır:
- Qaynar xətt ilə: 0 707 777 777
- E-poçt ilə: ilink5858@gmail.com
- Yazılı şəkildə, ofisdə: Gürcüstan, Marneuli ş., Rustaveli küç. 41
Şikayət elə həmin gün qeydə alınır və nömrəsi sizə bildirilir. Ona istehlakçı şikayətlərinə baxan komissiya baxır və əsaslandırılmış qərarı 3 iş günü ərzində yazılı şəkildə alırsınız. Baxış zamanı mübahisəli məbləğə görə xidməti məhdudlaşdırmırıq.
Şikayətlərə baxan komissiya
| Sədr | Günay Etirmişli, direktor |
|---|---|
| Üzv | Uça Seturi, Gürcüstan Telekommunikasiya Operatorları Assosiasiyasının (TOA) İdarə Heyətinin sədri |
| Üzv, katib | Tamar Xaraişvili |
Baxışda, o cümlədən məsafədən iştirak edə bilərsiniz. Şübhə yarandıqda qərar abunəçinin xeyrinə qəbul edilir. Komissiyanın əsasnaməsi
Hara müraciət edə bilərsiniz
İstənilən vaxt, əvvəlcədən bizə müraciət etmədən də:
- İstehlakçıların maraqlarının ictimai müdafiəçisi — defender@comcom.ge
- Gürcüstanın Rabitə üzrə Milli Komissiyası — comcom.ge
- Məhkəmə, Qanunla müəyyən edilmiş qaydada.